EN

Yol infrastrukturlarının təşkili üçün ayrılan vəsaitin məbləği açıqlanıb

BAKI, 23 oktyabr. TELEQRAF

2026-cı ilin dövlət büdcəsində “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” üçün 40 milyon manat vəsait ayrılması nəzərdə tutulub.

Teleqraf xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Vəsait avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarının təşkili, beynəlxalq sərnişin və yük daşımalarını tənzimləyən icazə sisteminin tətbiqi, yeni yol nişanlarının quraşdırılması və mövcud yol nişanlarının bərpası, eləcə də yol hərəkəti və piyada-yol infrastrukturlarının təşkili işlərinə sərf olunacaq.

Chosen
64
teleqraf.com

1Sources