Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının II turunda daha bir oyun keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutan dueldə "Turan" "Gənclər"lə qarşılaşıb.
Görüş birincilərin 3:0 hesablı qələbəsi ilə bitib.
Qeyd edək ki, daha əvvəl "Gəncə" "Murov Az Terminal" kollektivinə eyni hesabla qalib gəlib.