“Qalatasaray”ın hücumçusu Viktor Osimhen tarixə düşüb.
Fanat.Az xəbər verir ki, nigeriyalı futbolçunun “Bodo Qlimt”ə vurduğu qol, “Qalatasaray”ın Çempionlar Liqası tarixində ən erkən qolu kimi qeydə alınıb.
Bundan əlavə, Osimhen həmin qolla daha bir nailiyyətə imza atıb.
O, “Qalatasaray” forması ilə Avropa arenasında ardıcıl 7 matçda qol vuraraq Burak Yılmazın 6 oyunluq rekordunu geridə qoyub.
Kamil Xudiyev
 
                        