EN

Maliyyə naziri Sahil Babayev Serbiyada ikitərəfli görüşlər keçirib

Bakı. Trend:

Azərbaycan Respublikasının maliyyə naziri Sahil BabayevAzərbaycan və Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrəHökumətlərarası Komissiyanın IX iclası çərçivəsində ikitərəfligörüşlər keçirib.

Trend bu barədəMaliyyə Nazirliyinə istinadən xəbər verir.

Oktyabrın 23-də Serbiya Respublikası Baş nazirinin müavini,iqtisadiyyat naziri xanım Adriyana Mesaroviç ilə keçirilən görüşdəiki ölkə arasında investisiya əməkdaşlığının genişləndirilməsi vəqarşılıqlı ticarət əlaqələrinin dərinləşdirilməsi məsələlərimüzakirə olunub.

S. Babayev görüş zamanı iki ölkə arasında iqtisadi əməkdaşlığıngələcək inkişaf perspektivlərinə toxunaraq, xüsusilə ticarət,xidmət, kənd təsərrüfatı, nəqliyyat və turizm kimi sahələrdəAzərbaycan və Serbiya şirkətlərinin qarşılıqlı layihələrdə fəaliştirak imkanlarını diqqətə çatdırıb.

Öz növbəsində, Adriyana Mesaroviç Azərbaycan və Serbiya arasındaiqtisadi əməkdaşlığın genişləndirilməsinin, həmçinin iki ölkəninbiznes və ticarət imkanlarının daha da inkişaf etdirilməsinin vəbirbaşa aviareyslərin həyata keçirilməsinin vacibliyinivurğulayıb.

Bundan başqa, S.Babayev Serbiya Respublikası Baş nazirininbirinci müavini, maliyyə naziri Sinişa Mali ilə də görüşüb. Görüşdəiki ölkə arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti,Azərbaycan və Serbiya şirkətlərinin birgə layihələrdə iştirakısahəsində potensial əməkdaşlıq imkanları diqqətə çatdırılıb.

Eyni zamanda, iki ölkənin maliyyə nazirlikləri arasındaəməkdaşlığın inkişaf etdirilməsi, o cümlədən təcrübə mübadiləsininaparılması imkanları müzakirə edilib və bu məqsədlə AnlaşmaMemorandumunun imzalanması istiqamətində müvafiq tədbirləringörülməsi barədə razılıq əldə edilib.

Məqalədə:
Chosen
107
10
az.trend.az

10Sources