Footbal-plus saytına istinadən ain.az xəbər verir.
Türkiyə çempionatında 3-cü turdan təxirə salınan iki oyun baş tutdu. "Football-plus.az" xəbər verir ki, ''Çaykur Rizəspor''la ''İstanbul BŞ''nin duelində qapılara qol vurulmadı. Ötən həftəsonu evdə debütant ''Gənclərbirliyi''nə uduzmaqla fiaskoya uğrayan ''Beşiktaş'' bu dəfə Konya səfərində 2 cavabsız qol vuraraq fanatlarını sevindirdi. Komandaya qələbəni Uilfrid Ndidi və Tammi Abrahamın qolları qazandırdı. ''Qartal'' xalını 16-ya yüksəltdi və hazırda lider ''Qalatasaray''dan 9 xal geridədi. Maraqlıdı ki, ''ağ-qaralar'' daha öncə ''Konyaspor''a qarşı çərşənbə gününə təsadüf edən oyunlarda qələbəyə həsrət qalmışdı. ''Qartal'' 2016-nın mayın 18-də 1:2 məğlub olmuşdusa, 2023-ün iyunun 7-dəki oyun 3:3-lük bərabərliklə yekunlaşmışdı. Matçın ən diqqətçəkən məqamı Sərgən Yalçının komandasının 90 dəqiqə ərzində topa cəmi 29 faiz nəzarət etməsi oldu. ''Beşiktaş'' 2014-cü ildən bu yana qalib gəldiyi oyunlar arasında topa ən az sahib olduğu matçını keçirdi!
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.