EN

Şəhidin büstü üzərindəki gülləri o oğurlayırmış

Vətən müharibəsi şəhidi, kapitan Həmid Cəfərlinin yaşadığı evin qarşısında büstü üzərindəki güllər oğurlanıb.

Publika.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilir ki, bir neçə dəfə təkrarlanan hadisədən sonra ailə təhlükəsizlik kamerası quraşdırıb. Nəticədə görüntülərdən gülləri aparan şəxsin təxminən 65-70 yaşlı qadın olduğu müəyyən edilib.

Şəhidin ailəsi həmin qadından şikayətçi olmayıb.

Sözügedən hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.

Chosen
60
3
publika.az

10Sources