EN

Albaniyada V Beynəlxalq Konfrans və sərgi keçirildi - FOTO

Albaniya Respublikasının Elbasan şəhərində “Balkan, Anadolu, Qafqaz və Türkistan Coğrafiyası İncəsənət, Mədəniyyət, Tarix və Folkloru” mövzusunda V Beynəlxalq Konfrans və sərgi keçirilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, konfransda Azərbaycan, Türkiyə, Albaniya, Moldova, İtaliya, Özbəkistan, İran, İraq, Belorusiya, Rumıniya, Macarıstan, Şimali Makedoniya, Kosova və digər ölkələri təmsil edən 100-dən çox alim və tədqiqatçı elmi məruzələrlə çıxış edib.

Tədbirdə Quba şəhərində " Soyqırım Memorial Kompleksi"nin direltoru tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova “Böyük Ermənistan xülyası” uğrunda daşnak erməniləri tərəfindən türk-müsəlmanlara qarşı həyata keçirilən Quba soyqırımı (aprel–may 1918-ci il)" mövzusunda məruzə ilə çıxış edib.
 

Həmçinin tədbirdə tədbirdə tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, "Avey" Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru tarix üzrə fəlsəfə doktoru Səadət Əliyeva, "Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Musa Mursaquliyev və digərləri çıxış ediblər.


Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub. Konfrans iştirakçıları Elbasan qalası və Elbasan Etnoqrafiya Muzeyində ekskursiyada iştirak ediblər.





Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

Chosen
11
2
bizim.media

3Sources