İspaniya La Liqasının 10-cu turunda dünya futbolunu sarsıdan qarşılaşma – "El Klassiko" keçiriləcək. 
Offsideplus.az xəbər verir ki, Xabi Alonso rəhbərliyindəki "Real Madrid" turnir cədvəlinin lideridir.
Son günlərdə "Barselona"nın ulduzu Lamin Yamal "Kings League" çərçivəsində "El Klassiko" öncəsi diqqət çəkən açıqlamalar verib. 
Yamalın komandası "La Kapital" bu həftəsonu Ibai Llanosun komandası "Porsinos" ilə qarşılaşacaq. 
Proqram zamanı Lamine Yamal Ibai-nin komandasının hakim mövzusunda "Real Madrid" kimi davrandığını açıqlayıb:
"Olarlar, şikayət edirlər və həmişə belədirlər" – deyə futbolçu zarafatla və bir qədər gərginliklə bildirib. Ibai Llanos Lamin Yamaldan soruşdu: "Real Madrid haqsızlıq edir?"
Lamin Yamal cavab verdi: “Bəli. Onlar oğurlayır... yəni, şikayət edirlər. Aa! Madrid oyunları “oğurlayır”. Aman Tanrım. Gəlin sakit olaq, sakit olaq.”
Bu, Real Madrid-in oyunlarda “hakim köməyi ilə qələbə qazanması” iddiası ilə zarafatlı atmacadır. 
 
                        