Nigeriyada heyvanlardan insanlara keçən xəstəlik olan Lassa qızdırmasından ölənlərin sayı bu il 172 nəfərə çatıb.
Day.Az Milli.Az-a istinadən xəbər verir ki, paytaxt Abuka da daxil olmaqla, digər 21 ştatda Lassa qızdırması hallarının artmaqda davam etdiyi açıqlanıb.
Açıqlamada yanvarın 1-dən bu yana ölkədə 924 Lassa qızdırması hadisəsinin qeydə alındığı, bununla da xəstəliyin səbəbi olan Lassa virusundan ölənlərin sayının 172-yə çatdığı vurğulanan açıqlamada, ən çox xəstələnənlərin 21-30 yaş qrupu olduğu, kişilərin qadınlara nisbətən xəstəliyə daha çox yoluxduğu vurğulanıb.
Lassa virusu ötÉ™n il ölkÉ™ üzrÉ™ 190 nÉ™fÉ™rin hÉ™yatına son qoyub.Â
Siçovul nəcisi ilə təmasda olan xəstəlik insandan insana keçə bilər və ölümcül hemorragik qızdırmaya səbəb olur. Səlahiyyətlilər əhalini siçovullar və digər gəmiricilərlə təmasdan çəkinməyə çağırır.