EN

Çin yeni rabitə texnologiyalarını sınaqdan keçirmək üçün peyk buraxıb

“Çançjen-5” raketi yüksək sürətli çoxzolaqlı əlaqə sistemlərini test edəcək aparatla orbitə qalxıb...

Çin yeni nəsil rabitə texnologiyalarının sınağı məqsədilə hazırlanan peyki uğurla orbitə çıxarıb.

Poliqon xəbər verir ki, bu barədə Sinxua Agentliyi məlumat yayıb.

Peykin buraxılışı cümə axşamı yerli vaxtla saat 22:30-da (Bakı vaxtı ilə 17:00-da) Haynan əyalətindəki Vençan kosmodromundan həyata keçirilib. Aparat “Çançjen-5” (“Long March 5”) daşıyıcı raketi vasitəsilə orbitə çıxarılıb. Bu buraxılış “Çançjen” seriyasına aid raketlərin ümumilikdə 602-ci uçuşu olub.

Rəsmilər peykin dəqiq markasını açıqlamasa da, onun əsas məqsədinin çoxzolaqlı və yüksək sürətli rabitə texnologiyalarının validasiya (sınaq və təsdiqləmə) mərhələsində istifadə olunacağı bildirilib.

Çin tərəfi qeyd edib ki, bu tip peyklər gələcəkdə qlobal əlaqə sistemlərinin inkişafında, həm mülki, həm də hərbi kommunikasiya infrastrukturunun təkmilləşdirilməsində mühüm rol oynayacaq. Layihə, eyni zamanda, ölkənin 6G texnologiyalarının hazırlanması proqramı ilə əlaqələndirilir.

Poliqon.info

Chosen
84
poliqon.info

1Sources