EN

Maaşı artırılan müəllimlərin sayı açıqlandı

“Artıq sertifikatlaşdırma prosesinə cəlb olunan müəllimlərin sayı 84 min nəfəri ötüb. Builki nəticələr nəzərə alınmaqla əməkhaqqına əlavələr alan müəllimlərin sayının 72 mindən çox olacağı gözlənilir”.

Bunu TƏHSİL.BİZ -ə açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib.

O qeyd edib ki, 6 mindən çox müəllim hər ay əməkhaqqına 35 faiz, 10 mindən çox müəllim isə 10 faizdən çox əlavə alacaq.

 

Chosen
74
tehsil.biz

1Sources