EN

Vətən müharibəsi iştirakçısını qısqanclıq zəminində bıçaqlayan qaziyə hökm oxundu

Şəki Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Amil Bədəlovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Günay Aşurovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü təqsirləndirilən şəxsə şərti cəza verilib.


İttihama görə, hadisə 7 yanvar 2025-ci il, saat 04:30 radələrində radələrində Ağsu rayonu, Hacıqədirli kəndində ərazisində qeydə alınıb.


Belə ki, Amil Bədəlov hadisədən əvvəl evində olarkən arvadının istifadəsində olan mobil nömrəyə dostu, zərərçəkmiş Fariz Bəyalıyev tərəfindən “WhatsApp” vasitəsilə zəng edilməsindən narazı qalıb. O, bu məsələ ilə bağlı dostu ilə görüşmək qərarına gəlib.


Təqsirləndirilən şəxs Hacıqədirli kəndində zərərçəkmiş şəxs ilə görüş zamanı yaranan mübahisə əsnasında qısqanclıq zəminində üzərində olan bıçaqla dostunun döş qəfəsinə bir dəfə zərbə endirib. Zərbə nəticəsində Fariz ağır bədən xəsarətləri alıb.


Toplanmış sübutlar əsasında təqsirləndirilən şəxsin əməlində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibi müəyyən edilib və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

 

Qeyd: Amil Bədəlov məhkəmə ifadəsində bildirib ki, Vətən müharibəsində iştirak edib və ona 6 medal verilib. Müharibədən sonra ümumi səhhətində bir sıra problemlər mövcuddur. Zərərçəkmiş Fariz Bəyalıyev də ifadəsində qeyd edib ki, Vətən müharibəsi iştirakçısı olub, aldığı xəsarətlərlə bağlı onun yaddaşında problem yaranıb.


Kamal Məmmədov 

Tarix: 24 Oktyabr 2025, 09:26   
Chosen
74
pravda.az

1Sources