EN

HƏMAS: İsrail öz cinayətlərini ört basdır etmək istəyir

ain.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

HƏMAS və Fələstin hökumətinin Qəzzadakı media ofisi İsrail Ali Məhkəməsinin İsrail hökumətinə xarici jurnalistlərin Qəzza zolağına girişini əngəlləməkdə davam etmək səlahiyyəti verməsi ilə bağlı bəyanat yayıb və bunun soyqırım kimi cinayətləri ört-basdır etmək məqsədi daşıdığını bildirib.Turkustan.az xəbər verir ki, HƏMAS-ın bəyanatında deyilir:

"İşğalın (İsrailin) ​​Qəzzaya beynəlxalq medianın girişini əngəlləməsi onun törətdiyi dəhşətli cinayətlər və törətdiyi geniş dağıntılarla bağlı medianın dayandırılmasında israrlı olduğunu nümayiş etdirir".Qadağanın “mülki əhaliyə və infrastruktura qarşı sistematik pozuntuları gizlətmək və soyqırımı təşkil edən cinayətləri ört-basdır etmək” məqsədi daşıdığı qeyd edilən bəyanatda, qərarın “mətbuat azadlığının pozulmasıdır və İsrailin azad medianın Qəzzada törətdiyi cinayətləri ifşa etməsi qorxusunu əks etdirir”.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
14
1
icma.az

2Sources