EN

Kopırkin: İrəvanla aramızda fikir ayrılıqları var

BAKI, 24 oktyabr. TELEQRAF

“Rusiya-Ermənistan münasibətləri daha yetkin mərhələyə qədəm qoyur, amma bu, tərəflər arasında heç bir fikir ayrılığı olmadığı anlamına gəlmir”.

Teleqraf xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib.

“Biz dəyişirik, bizi əhatə edən dünya da dəyişir. Münasibətlər yeni xüsusiyyətlər qazanır. Dəyişikliklər nəticəsində bu münasibətlər daha yetkin olur. Amma bu, bütün problemlərin həll olunduğu və fikir ayrılıqlarının qalmadığı demək deyil. Bu, ölkələrin həyati əhəmiyyət daşıyan iiqtisadi, sosial maraqlarına aiddir. Buna görə də müzakirələr aparılır. Bu, normaldır. Əsas olan hər iki tərəfdən irəliləyişin olmasıdır. İndi “tanqo” bənzətməsi sevilir: tanqo üçün iki nəfər lazımdır, bu da həmin vəziyyətə uyğundur”, - diplomat qeyd edib.

Kopırkinin sözlərinə görə, Rusiya-Ermənistan münasibətləri yalnız iqtisadi sahə ilə məhdudlaşmır: “Rusiya–Ermənistan əlaqələri təkcə dövlətlərarası münasibətlərdən ibarət deyil, həm də xalqlar arasında münasibətlər var”.

Chosen
71
teleqraf.com

1Sources