EN

Qrip mövsümü başlayır- Peyvənd kimlərə vacibdir?

Ajans.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-infeksionist Təyyar Eyvazov danışıb. Bu mövsümdə ən çox yayılan fəsil virusları hansılardır? Qrip peyvəndi ilə digər peyvəndlər eyni anda oluna bilərmi? Qrip peyvəndinin başqa respirator viruslara qarşı təsiri varmı? Payız-qış aylarında ən çox yayılan mövsümi viruslar hansılardır?

"Payız–qış aylarında ən çox yayılan fəsli viruslar kəskin respirator virus infeksiyaları (KRVİ) qrupuna aiddir. Bu virusların 200-dən çox tipləri və yarımtipləri mövcuddur. Bunlar arasında daha çox qrip virusudur (A və B tipləri) ki, onun yayılması fəsli epidemiyaların əsas səbəbləriidir.
Qrip adətən adi "soyuqdəymə" ilə müqayisədə daha təsiredici gedişi ilə fərqlənir. Rinoviruslar adi "soyuqdəymə"nin ən çox rast gələn səbəbidir. Adenoviruslar nəinki tənəffüs yollarını, həmçinin gözlərin konyunktivasını və limfoid toxumanı zədələyə bilir.
Paraqrip virusu çox vaxt qırtlağı zədələyir və kiçik yaşlı uşaqlar üçün həyati təhlükə törədə bilər. Respirator-sinsitial virus (RS-virus) həm yuxarı, həm də aşağı tənəffüs yollarını zədələyə bilər ki, kiçik yaşlı uşaqlar və yaşlı (ahıl) şəxslər üçün təhlükəlidir.
Bu virusların əksəriyyəti soyuq aylarda aktivliyinin pikini nümayiş etdirir. Lakin bunlardan bəziləri (məsələn, adenoviruslar, rinoviruslar) bütün il ərzində mühitdə dövr edə bilərlər. Onların aktivliyi payız və qış aylarında artır"-deyə o bildirib.

Chosen
28
Ajans.az

1Sources