EN

Azərbaycan sərhədində narkotik vasitələrin qaçaqmalçılığına qarşı əməliyyat keçirilib

Bakı. Trend:

Narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd göstərən şəxslərsaxlanılıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Trend-ə verilən məlumata görə, dövlətsərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq,narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarınınqanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davametdirilir.

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəddəstəsinin xidməti ərazisində keçirilmiş əməliyyat-qoşun tədbirlərinəticəsində ümumi çəkisi 14 kiloqram 100 qram narkotik vasitəninqaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsininqarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin “Lənkəran” sərhəd dəstəsinin və Daxiliİşlər Nazirliyinin Astara Rayon Polis Şöbəsinin əməkdaşlarınınkeçirdiyi birgə əməliyyat-axtarış tədbiri nəticəsində 99-PC-617dövlət qeydiyyat nişanlı “BYD” markalı avtomobillə hadisə yerindənuzaqlaşmağa cəhd göstərən Azərbaycan Respublikası vətəndaşları –Cəfərov Emin Cəfər oğlu və Rəhmətullayev Neman Arif oğlu şübhəlişəxs qismində saxlanılıblar.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Chosen
73
5
az.trend.az

10Sources