EN

Hakim Fərman Abbasovun vəzifədən azad edilməsi təsdiqləndi

BAKI, 24 oktyabr. TELEQRAF

Milli Məclis Naxçıvan Ali Məhkəməsinin hakimi Fərman Abbasovun vəzifəsindən azad edilməsini təsdiqləyib.

Teleqraf xəbər verir ki, bununla bağlı müvafiq sənəd parlamentin bugünkü plenar iclasında müzakirə edilib.

Layihəyə əsasən, Fərman Məmməd oğlu Abbasov vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsindən azad edilib.

Qərar layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Xatırladaq ki, Fərman Abbasov 2013-cü ildən Naxçıvan MR Ali Məhkəməsinin hakimi idi.

Chosen
62
10
teleqraf.com

10Sources