EN

"Qarabağ"la oyunda zədələnən Uilyamsın durumu müəyyənləşdi

style='margin-bottom:10px;'>

UEFA Çempionlar Liqasının 3-cü turunda “Qarabağ”a qarşı matçda (3:1) zədələnən “Atletik”in (Bilbao) kaptanı İnyaki Uilyamsın durumu müəyyənləşib. 31 yaşlı hücumu oyunun 38-ci dəqiqəsində özünü narahat hiss etdiyi üçün meydanı tərk etməli olub. Onu Aleks Berenger əvəzləyib.

QOL.az xəbər verir ki, “Atletik” rəsmi açıqlama yayaraq, Qana millisinin üzvünün tibbi müayinədən keçdiyini və onun sağ ayağının qasıq əzələsində zədə aşkarlanıldığını bildirib. Klubun məlumatına görə, futbolçunun vəziyyəti qənaətbəxş qiymətləndirilib, amma onun bərpa müddəti barədə dəqiq məlumat verilməyib.

İspan mətbuatı isə bu tip zədələrin adətən 2–3 həftəlik fasilə tələb etdiyini yazır. Qeyd edək ki, İnyaki Uilyams bir müddət əvvəl də əzələ zədəsi səbəbindən bir müddət yaşıl meydanlardan kənarda qalmışdı.

Onun bu həftə La Liqada "Hetafe" ilə oyunu buraxacağı dəqiqləşib.

Chosen
13
2
teleqraf.com

3Sources