EN

Çin, Rusiya və Şimali Koreyanın siyasətindən narahatıq - Yaponiya Baş naziri

Yaponiyanın yeni Baş naziri Sanae Takaiçi vəzifədəki ilk çıxışında Çin, Rusiya və Şimali Koreyanın bölgədəki siyasətindən narahatlığını ifadə edib.Missiya.Az "İnterfaks"a istinadən xəbər verir ki, o, ölkənin müdafiəsini gücləndirmək və onun milli təhlükəsizlik strategiyasını dəyişmək zərurətindən danışıb."Alışdığımız beynəlxalq nizam tarixi dəyişiklik və intensivləşən geosiyasi rəqabət nəticəsində ciddi şəkildə sarsılıb. Yaponiya ətrafındakı bölgədə qonşularımız - Çin, Şimali Koreya və Rusiyanın hərbi fəaliyyəti və digər hərəkətləri ciddi narahatlıq doğurur. Buna görə də, Yaponiya öz hərbi gücünü əsaslı şəkildə artırmaq üçün fəal olmalıdır", -Takaiçi əlavə edib.İlahə Qənbərli

Missiya.Az

Chosen
26
missiya.az

1Sources