EN

Erməni “qanuni oğru” Ukraynada öldü

Kriminal aləmdə “Kamo Moskovski” kimi tanınan rusiyalı “qanuni oğru” Kamo Yeqiazarov Ukraynanın Rivne şəhərindəki istintaq təcridxanasında dünyasını dəyişib.

Missiya.Az xəbər verir ki, bu barədə “PrimeCrime” özünün “Teleqram” kanalında məlumat yayıb.

Bildirilib ki, o, 2020-ci ildə Rusiyada son cəzasını çəkdikdən sonra Ukraynaya köçüb. Bir il sonra 59 yaşlı Yeqiazarov Ukrayna polisi tərəfindən saxlanıldıqdan sonra Çerniqovdakı əcnəbilərin müvəqqəti saxlanma məntəqəsinə yerləşdirilib.

Məlumata görə, Yeqiazarov orada rus kriminal rəhbəri ilə cinayət əlaqələri qurub və immiqrasiya mərkəzlərinə müntəzəm narkotik daşımaları təşkil edib. Tezliklə Ukrayna polisi əməliyyatın üstünü açıb, müəssisəyə reyd keçirib, narkotik maddələri müsadirə edib və daha sonra distribyutoru istintaq təcridxanasına göndərib.

Qeyd edək ki, Kamo Yeqiazarov milliyətcə ermənidir.

Daşqın HəsənovMissiya.Az

Chosen
48
missiya.az

1Sources