Formula 1-də mövsümün yavaş-yavaş sonuna yaxınlaşırıq.
Offsideplus.az xəbər verir ki, mövsümün 20-ci yarışı bu həftəsonu Meksikada baş tutacaq.
Bu gün 2 sərbəst yürüş keçiriləcək.
Son 4 yarışdan 3-də qalib Maks Ferstappeni lider Oskar Piastridən 40 xal ayırır.
"Maklaren"in pilotu Piastrinin hazırda 346 xalı var. Onun komanda yoldaşı Lando Norris 14 xal geridədir. Ferstappen isə 306 xala malikdir.
Mühəndislər Kubokunda çempion məlum olsa da, 2-ci yer üçün gərgin mübarizə gedir.
Hazırda "Mersedes" 341 xalla 2-cidir. Onları "Ferrari" (334) və "Red Bull" (331) izləyir.