Bir neçə gün əvvəl Zaqatala sakini 41 yaşlı İsgəndər Musayev tanışları tərəfindən ölümcül şəkildə döyülüb. "Bakuinfo" xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, İ.Musayevin döyülərək komaya düşməsinə dözməyən atası Yusif Musayev ötən gecə ürək tutmasından ölüb. Qeyd edək ki, İsgəndər Musayevi döyənlər hələ tutulmayıb.
