Qazaxıstanda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün ilk yoldaşlıq görüşünü keçirəcək.
Fanat.Az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda Qazaxıstan yığması ilə qarşılaşacaq.
Çimkənd şəhər stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 18:00-da başlanacaq. Matçı Özbəkistandan olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, oktyabrın 21-dən sözügedən ölkədə toplanışda olan millimiz orta asiyalılarla oktyabrın 27-də növbəti oyununu keçirəcək.
Əsgərov Çimkəndə 23 nəfərlik heyətlə yollanıb: Manə Mollayeva, Coşqunə Əliyeva, Xanım Əsədova, Vüsalə Seyfəddinova, Ayşən Salamzadə, Alina Nəhmədova, Firəngiz Teymurova, Mədinə Curuqova (hamısı "Neftçi"), Sevinc Cəfərzadə, Aytac Şərifova, Vüsalə Hacıyeva - hamısı "Yüksekova" (Türkiyə), Nərgiz Əliyeva - "Fatih Vətən" (Türkiyə), Nigar Mirzəliyeva - "Zenit" (Rusiya), Kristina Bakarandze - "Liman", Fidan Cəfərova - "Hakkarigücü" (Türkiyə), Kamilla Məmmədova - "Yelimay" (Qazaxıstan), Ayşən Əhmədova - "Amed Spor" (Türkiyə), Alina Dorofeyeva - "Rubin Kazan" (Rusiya), Aysun Muradova - "Haymana Spor" (Türkiyə), Peritan Bozdağ - "Fənərbağça" (Türkiyə), Nərgiz Hacıyeva - "Aktobe" (Qazaxıstan), Esra Manya - "Beşiktaş" (Türkiyə).
24 oktyabr
18:00. Qazaxıstan (Qadınlar) - Azərbaycan (Qadınlar)
Hakimlər: Gulşoda Saidkulova, Kristina Sereda, Xayriniso Erkiniva, Roziyabonu Yusupova (hamısı Özbəkistan).
Çimkənd şəhər stadionu.