EN

Bakıda hər markadan bir detal əlavə etməklə Koreya avtomobili yığılıb VİDEO

ain.az bildirir, Avtosfer portalına istinadən.

Azərbaycanda maraqlı və eyni zamanda görənləri təəccübləndirən avtomobil sosial şəbəkədə gündəm olub.

Avtosfer.az xəbər verir ki, videonu çəkən şəxs təqdim etdiyi avtomobilin hər bir detalının fərqli markalardan götürüldüyünü bildirib.

Avtomobilin baqaj hissəsi “BMW X5”, arxa sağ qapısının içərisi başqa bir “BMW” modeli, salonu “Toyota”, mühərriki “Mitsubishi” markası, digər bəzi hissələri isə “VAZ” avtomobillərindən götürülüb. Avtomobilin özü isə “Ssangyong” markasına aiddir.

Videonu çəkən şəxs vurğulayıb ki, bütün bu qarışıq komponentlərə baxmayaraq, avtomobil tam işlək vəziyyətdədir və heç bir problem yaratmır. Onun sözlərinə görə, avtomobilin fərqli markalardan olan hissələrin birləşdirilməsi həm maraqlı, həm də yaddaqalan görünüş yaratmağı bacarıb. Bu unikal avtomobil sosial şəbəkə izləyiciləri arasında böyük maraq doğurub və şərhlərdə təriflər alıb.

Eltac Zülfüqaroğlu

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
48
avtosfer.az

1Sources