EN

İcra başçısının rəqsi DİQQƏT ÇƏKDİ

Ajans.az xəbər verir ki, icra başçısı 44 günlük Vətən müharibəsi iştirakçısı Azər Abdulzadənin toy mərasimində iştirak edib. Müstəqim Məmmədov məclis zamanı digər qonaqlarla birlikdə rəqs edərək şəhid ailələri və qazilərlə səmimi anlar yaşayıb. Görüntülər toy iştirakçıları tərəfindən çəkilərək sosial mediada paylaşılıb. Kadrlarda icra başçısının ətrafdakı qonaqlarla birgə vətənpərvər havalar sədasında oynadığı əks olunub. Sosial şəbəkə istifadəçiləri Tərtər rəhbərinin səmimi və xalqla bir arada olmasını müsbət qarşılayıblar. Qeyd edək ki, məclisdə Tərtər rayonunun hüquq-mühafizə orqanlarının rəhbərləri və bir sıra yerli rəsmi şəxslər də iştirak ediblər.

Chosen
85
Ajans.az

1Sources