EN

Azərbaycan və Ermənistan arasında sülh prosesi istiqamətində mühüm nailiyyətlər müşahidə olunur - Şarl Mişel

Bakı. Trend:

Bu gün Azərbaycan və Ermənistan arasında sülh prosesiistiqamətində mühüm nailiyyətlər müşahidə olunur.

Bunu Trend-əBelçikanın keçmiş baş naziri və Avropa İttifaqının fəxri prezidentiŞarl Mişel bildirib.

“Ötən vəzifəmdə olarkən mənim Azərbaycan və Ermənistanhakimiyyətləri ilə birgə çalışmaq, sülh prosesi ilə bağlı səyləridəstəkləmək imkanım olub. Məhz buna görə də bu gün mən görürəm ki,əhəmiyyətli nəticələr əldə edilib və hər şey düzgün istiqamətdəirəliləyir”, – deyə o qeyd edib.

Mişel qarşıdakı həftələr və aylar ərzində bu nailiyyətlərimöhkəmləndirməyin mümkün olacağına ümidini ifadə edib.

“Bu region üçün daha sıx koordinasiya və əməkdaşlığın inkişafıson dərəcə vacibdir”, – o əlavə edib.

Belçikanın sabiq hökumət başçısı Cənubi Qafqazın Avropa İttifaqıüçün strateji əhəmiyyətini vurğulayıb. “Bu, həmçinin bütövlükdə Aİüçün çox mühüm regiondur, çünki infrastruktur və investisiyabaxımından burada böyük potensial mövcuddur”, – deyə osöyləyib.

Ş. Mişel, həmçinin, Bakıda yeni arbitraj mərkəzinin açılışınıalqışlayaraq bunu özəl investorlar üçün güclü siqnal adlandırıb.“Bakıda arbitraj mərkəzinin açılması mübahisələrin ədalətli vəsəmərəli şəkildə həlli üçün effektiv mexanizmlərin mövcudluğununümayiş etdirir və bu, düzgün balansın qorunmasını təmin edir”, -deyə o vurğulayıb.

Ş. Mişel həmçinin, Bakıda yeni arbitraj mərkəzinin açılışınıalqışlayaraq bunu özəl investorlar üçün güclü siqnal adlandırıb.“Bakıda arbitraj mərkəzinin açılması mübahisələrin ədalətli vəsəmərəli şəkildə həlli üçün effektiv mexanizmlərin mövcudluğununümayiş etdirir və bu, düzgün balansın qorunmasını təmin edir”, –deyə o vurğulayıb.

Məqalədə:
Chosen
42
4
az.trend.az

5Sources