ABŞ Prezidenti Donald Trampın keçmiş müşaviri Stiv Bannon, Trampın 2028-ci ildə üçüncü dəfə prezident ola biləcəyini iddia edib.
"Cebheinfo.az" xəbər verir ki, “The Economist”ə verdiyi müsahibədə Bannon bildirib ki, Trampın 2028-ci ildə yenidən prezident seçiləcəyinə inanır və insanların bu fikrə alışmalı olduğunu vurğulayıb.
ABŞ Konstitusiyasının prezidentlərə yalnız iki müddət xidmət etmə hüququ tanımasına dair sualı cavablandıran Bannon, Tramp administrasiyasının bu məhdudiyyətə qarşı bir planı olduğunu iddia edib və detalları zamanla açıqlayacaqlarını bildirib:
“Əgər ABŞ xalqı mövcud mexanizmlərlə Trampı yenidən vəzifəyə gətirərsə, bu Konstitusiyanın pozulması sayılırmı?”.
O, Trampın 2028-ci ildə bir müddət daha prezident olmasının vacib olduğunu qeyd edərək əlavə edib:
“2016 və 2024-cü illərdə şansımız 2028-dəkindən daha az idi. Başladığımız işi bitirməliyik”.Bannon Trampın bir müddət daha prezident olmasının “ABŞ xalqının iradəsi” olduğunu vurğulayıb. ABŞ Konstitusiyası bir şəxsin, ardıcıl və ya fasilələrlə olsa belə, iki dəfədən artıq prezident seçilməsini qadağan edir.
Trampın hazırda ikinci müddətini icra etməsi, bəzi tərəfdarlarının onun üçüncü dəfə prezident olmasının seçki yolu ilə deyil, prezidentlik ardıcıllığına əsaslanan alternativ bir üsulla mümkün ola biləcəyini iddia etməsinə səbəb olub.