EN

ASELSAN və “Sinan Advanced Industries” şirkətləri birgə müəssisə yaradacaq

Türkiyənin ASELSAN və Omanın “Sinan Advanced Industries” şirkətləri arasında Birgə Müəssisə Sazişi imzalanıb.

“Poliqon” xəbər verir ki, bu barədə ASELSAN-ın baş direktoru Ahmet Akyol özünün “X” hesabında paylaşım edib.

Qeyd olunub ki, imzalanma mərasimi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Oman Sultanı Heytəm bin Tariqin iştirakı ilə baş tutub.

“İki ölkənin liderlərinin iştirakı ilə atılan bu imzanın Türkiyə ilə Oman arasındakı müdafiə sənayesi əməkdaşlığını daha da gücləndirəcəyinə inanırıq. ASELSAN olaraq, beynəlxalq səviyyədə qurduğumuz tərəfdaşlıqlarla qlobal təhlükəsizliyə töhfə verməyə davam edəcəyik”, – deyə paylaşımda bildirilib.

G38Ut

Chosen
54
poliqon.az

1Sources