EN

Reşfordun “el klasiko” həyəcanı: “Hədəfimiz qələbədir”

futbolpress-az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Barselona”nın futbolçusu Markus Reşford La Liqada “Real”a qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, ingiltərəli hücumçu klubun mətbuat xidmətinə açıqlamasında bunları deyib:

“Mənim üçün ilk “el klasiko” olacaq və çox səbirsizlənirəm. Bu, dünyanın ən məşhur qarşılaşmasıdır. Oyundan zövq almaq üçün hansısa klubun azarkeşi olmağa ehtiyac yoxdur. “El klasiko” özü xüsusi bir oyundur.

“Real”ın yaxşı heyəti, əla baş məşqçisi var, üstəlik də çox yaxşı formadadırlar. Oyunun çətin olacağını düşünürəm. Matçda nəzarəti əldə saxlamaq, keyfiyyətli hücumlar etmək vacibdir. Hədəfimiz qələbədir”.

Oktyabrın 26-da keçiriləcək “Real” – “Barselona” oyununa 19:15-də start veriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
30
futbolpress.az

1Sources