EN

Bakıda keçiriləcək dünya çempionatının tarixi dəyişdirildi

Beynəlxalq Cüdo Federasiyası (IJF) 2026-cı ildə Bakıda keçiriləcək cüdo üzrə böyüklər arasında dünya çempionatının tarixini dəyişib.

Fanat.Az xəbər verir ki, məlumatı Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti yayıb. 

Mundial gələn il oktyabrın 4–11-də baş tutacaq. Turnirin tarixinin dəyişdirilməsində məqsəd mötəbər yarışın digər beynəlxalq idman tədbirləri ilə eyni vaxta təsadüf etməməsi və dünya çempionatının televiziya yayımının daha geniş auditoriyaya çatdırılmasının təmin edilməsidir.

Fərdi mübarizələr oktyabrın 4–10-da, qarışıq komanda yarışları isə oktyabrın 11-də keçiriləcək.

Bakı bu nüfuzlu yarışa ikinci dəfə ev sahibliyi edəcək. Paytaxtımızda ilk dəfə cüdo üzrə dünya çempionatı 2018-ci ildə təşkil olunmuşdu.

Qeyd edək ki, daha əvvəl mundialın iyulun 9-16-sı aralığında təşkili planlaşdırılmışdı.

Chosen
40
23
fanat.az

10Sources