Ajans.az xəbər verir ki,bu barədə məlumatı Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb. Bildirilib ki, Mirzoyan görüş zamanı regionda sülh şəraitində inkişaf perspektivləri və Ermənistanın mühüm kommunikasiya mərkəzinə çevrilməsi potensialını təqdim edib. Nazir bu məqsədlərin həyata keçirilməsi yolları barədə öz baxışlarını bölüşüb. Tərəflər, həmçinin, Ermənistan və Fransa arasında strateji tərəfdaşlığın inkişafını müzakirə edərək, münasibətlərin dinamik şəkildə genişləndiyini və əsas sahələrin hamısını əhatə etdiyini vurğulayıblar. Görüş zamanı yaxın gələcək üçün birgə planlar da nəzərdən keçirilib.