"Apple" şirkəti 2027-ci ildə bazara iPhone 19-u yox, birbaşa iPhone 20-ni təqdim edəcək.
Publika.az xəbər verir ki, bu barədə "ETNews" məlumat yayıb.
Bildirilib ki, bu qərar iPhone seriyasının 20 illik yubileyini qeyd etmək məqsədi daşıyır.
2027-ci ilin ilk yarısında iPhone 18e satışa çıxacaq, ikinci yarıda isə iPhone 20 seriyası, ikinci nəsil qatlanabilən iPhone və yeni iPhone Air modelləri təqdim olunacaq.