EN

Ən azı 25 nəfər yanaraq can verdi Hindistanda dəhşətli qəza

525.az saytından alınan məlumata görə, ain.az bildirir.

Hindistanda dəhşətli yol qəzası baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, motosikletlə toqquşan sərnişin avtobusu yanıb.

Dəhşətli qəza Hindistanın cənubundakı Andhra Pradeş əyalətinin Kurnul rayonunda baş verib. Haydarabad və Benqaluru şəhərləri arasında hərəkət edən sərnişin avtobusu motosikletlə toqquşduqdan sonra alovlanıb.

Qəza nəticəsində ən azı 25 nəfər yanaraq ölüb, onlarla insan yaralanıb.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, yanğın çox qısa zamanda bütün avtobusu bürüyüb və həmin vaxt sərnişinlərin çoxu yuxuda olublar. Oyaq olan şəxslər isə pəncərələri sındıraraq xilas olublar.

“Sürücü avtobusu saxlamağa və yanğını söndürməyə çalışıb, lakin alov o qədər güclü olub ki, müdaxilə edə bilməyib”, - deyə polis məmuru Vikrant Patil bildirib.

Qəzada avtobus tamamilə kül olub, motosikletçi isə həyatını itirib. Avtobusda 44 sərnişin olub. Hadisə ilə bağlı məhkəmə araşdırması başlanıb.

Hindistanın Baş naziri Narendra Modi qəzada həyatını itirənlərin ailələrinə başsağlığı verib.

İbrahim Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
108
31
525.az

10Sources