EN

Hindistanda yanan avtobusda 20 sərnişin ağır vəziyyətdədir

Hindistanda baş verən yol qəzasında avtobusda olan sərnişinlər yanaraq xəsarət alıb.

Editor.az xəbər verir ki, bu barədə Hindustan Times məlumat yayıb.

Hadisə zamanı 41 sərnişin daşıyan avtobus skuter ilə toqquşub və dərhal alovlanıb. Nəticədə avtobusun yanacaq çəni alışaraq yanğın baş verib. Qəza zamanı bir neçə sərnişin yanaraq ölüb, 20 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

Yanğın yerinə gələn məhkəmə-tibb qrupu hadisə yerini araşdırıb, yanğının səbəbini və hadisənin baş vermə şəraitini müəyyən etmək üçün sübutlar toplayıb.

Karnataka Baş Naziri Siddaramaiah qəzada həlak olanların ailələrinə başsağlığı verib və yaralananların tezliklə sağalmasını arzulayıb.

Qeyd edək ki, oxşar hadisə daha əvvəl Nijni Novqorod vilayətində baş vermişdi. Hadisənin şahidləri tərəfindən çəkilmiş videolarda yolun kənarında yanan ağ rəngli avtobusun ön hissəsinin alovlara büründüyü görünür.

// Gülnarə Abasova, Editor.az

Chosen
63
editor.az

1Sources