EN

“Qərb ölkələri Rusiyaya strateji məğlubiyyət vermək üçün ona qarşı birləşib” - Lavrov

“Avropa İttifaqı (Aİ) və NATO daxilində demək olar ki, bütün Qərb ölkələri Rusiyaya strateji məğlubiyyət vermək üçün ona qarşı birləşib”.

Missiya.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Avropa İttifaqı və NATO-nun demək olar ki, bütün üzvləri növbəti dəfə birləşərək ölkəmizi strateji məğlubiyyətə uğratmaya çalışır. Onlar 2014-cü ilin fevralında dövlət çevrilişi nəticəsində qeyri-qanuni yolla hakimiyyətə gətirilən nasist rejimi vasitəsilə Rusiyaya qarşı müharibəyə başlayıblar”, - deyə siyasətçi bildirib.

Daşqın HəsənovMissiya.Az

Chosen
22
1
missiya.az

2Sources