EN

“Real”ın hücumçusu İtaliya klublarına təklif olundu

“Real”ın gənc hücumçusu Endrik qış transfer pəncərəsində komandadan ayrılmaq istəyir.

İdmanxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı forvard daha çox oynamaq və Braziliya millisində şans qazanmaq üçün bu addımı atmaq niyyətindədir.

Endrikin İtaliyanın iki klubuna təklif olunduğu bildirilib, lakin adlar açıqlanmayıb. Gənc futbolçunun “Real”la müqaviləsi 2030-cu ilə qədərdir.

Chosen
97
1
idmanxeber.az

2Sources