EN

Unibank: müştərilərimizin təhlükəsizliyi əsas prioritetimizdir

Unibank KB müştərilərinin vəsaitlərinin və məlumatlarının qorunmasını əsas məsuliyyəti hesab edir. Son dövrlərdə dələduzluq sxemlərinin müxtəlif formalarla artması fonunda Bank genişmiqyaslı təhlükəsizlik tədbirləri və maarifləndirici kampaniyalar həyata keçirir. Məqsəd - həm fırıldaqçılıq cəhdlərini qabaqlamaq, həm də müştərilərin riskləri vaxtında tanımasına kömək etməkdir.

Bankın gördüyü əsas təhlükəsizlik tədbirləri:

24/7 Fraud Monitoring (fırıldaqçılıq monitorinqi): Tranzaksiyaları avtomatik analiz edən sistemlər şübhəli əməliyyatları dərhal bloklayır və əməliyyat sahiblərinə xəbərdarlıq göndərir, müştərilərə şübhəli əməliyyatı dəqiqləşdirmək üçün zəng edilir.

Analitika komandası: Rəqəmsal dələduzluq hallarının qarşısının alınması məqsədilə komanda mütəmadi olaraq yeni fraud ssenarilərini təhlil edir, yaranmış halları analiz edərək uyğun həll yolları hazırlayır. Mövcud risklərə uyğun olaraq effektiv qabaqlayıcı həll yolları formalaşdırılır.

3D Secure və tokenizasiya: Onlayn ödənişlərdə əlavə təsdiq (3D Secure) və kart məlumatlarının təhlükəsiz saxlanması üçün tokenləşdirmə texnologiyası tətbiq olunur.

Chosen
39
9
publika.az

10Sources