EN

Orban: “Ukrayna suverenliyini itirib”

Ayna portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Aİ artıq köhnə müstəmləkə məntiqinə uyğun olaraq Ukraynanı bölmək imkanlarını müzakirə edir”

“Ukrayna suverenliyini itirib və Avropa İttifaqı (Aİ) artıq köhnə müstəmləkə məntiqinə uyğun olaraq onu bölmək imkanlarını müzakirə edir”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri Macarıstanın Baş naziri Viktor Orban 23 oktyabrda Budapeştdə müharibə əleyhinə "Sülh yürüşü"ndən sonra parlament binası qarşısında keçirilən mitinqdə deyib.

Aİ liderlərinin Ukraynadakı münaqişəni davam etdirmək niyyətlərindən danışan Orban "Ukrayna uzun müddətdir nə suveren, nə də müstəqildir və əlbəttə ki, özünü təmin edə bilmir" söyləyib.

Siyasətçi vurğulayıb ki, "Ukraynanın taleyi başqalarının əlindədir".

Baş nazirin sözlərinə görə, Aİ liderləri Ukraynanı dəstəkləməkdən və "onu Avropa İttifaqına üzv etməyə" çalışmaqdan danışırlar, lakin "Ukraynanın bölünməsi artıq gündəmdədir".

Orban bunu "köhnə müstəmləkə məntiqi" adlandırıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
55
ayna.az

1Sources