BAKI, 24 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp yenidən ən yüksək vəzifəyə namizəd və üçüncü müddətə prezident ola bilər.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ prezidentinin keçmiş baş siyasi strateqi və müşaviri Stiven Bannon məlumat verib.
“O, üçüncü dəfə prezident olacaq. Tramp 2028-ci ildə növbəti seçkilərdə prezident seçiləcək, insanlar bunu qəbul etməlidirlər”, - Bannon “The Economist” jurnalına müsahibəsində deyib.
Jurnalistin 1951-ci ildən prezidenti iki müddətlə məhdudlaşdıran ABŞ Konstitusiyasına 22-ci Düzəlişlə bağlı açıqlamasına cavab olaraq Bannon yenidən seçilmək üçün müxtəlif alternativlərin olduğunu və bu istiqamətdə konkret addımların uyğun zamanda elan ediləcəyini vurğulayıb.
“Trampın dövründə başladığımız işi sona çatdırmalıyıq. Tramp hərəkətverici qüvvədir”, - o əlavə edib.