EN

Putin və Tramp yeni dünya xəritəsi yaratmağa çalışır Vuçiç

Axar.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin yeni dünya nizamı formalaşdırmağa çalışırlar və Avropa Birliyinə o qədər də rəğbət bəsləmirlər.

Axar.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç dövlət televiziyasına bildirib.

"Avropa Birliyinin Tramp və Putin görüşünün baş tutmaması üçün əlindən gələni edəcəyinə də heç bir şübhə yoxdur. İki ölkənin də lideri siyasi, iqtisadi və enerji baxımından dünyanın yeni xəritəsini yaratmaq istəyirlər. Mən inanmıram ki, onlar yalnız Ukraynanı müzakirə edirlər. İstənilən halda, onlar öz planlarını qururlar. Arktika, Berinq boğazı vasitəsilə əlaqə haqqında, nadir metallar, xammal, neft, qaz və gələcəkdə digər məsələlər barədə danışıqlar gedir” - Vuçiç bildirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
69
2
axar.az

3Sources