EN

Rubio: Qəzzaya beynəlxalq qüvvələrin yerləşdirilməsi üçün formul tapacağıq

Qəzzaya beynəlxalq qüvvələrin yerləşdirilməsi üçün BMT çərçivəsində mexanizm yaradacağıq.

APA xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio İsraildə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hazırda bir çox ölkələri bu layihədə iştirak etmək istəyir, lakin bunun BMT ilə koordinasiyada olmaması ucbatından, həmin ölkələr Qəzzaya öz qüvvələrini yerləşdirə bilmdirlər.

Rubio İsrailin indiyə qədər razılaşma daxilində öz öhdəliklərinə əməl etdiyini bildirib.

“Qəzza ilə bağlı B planı yoxdur. Bu yeganə plandır. Bu planın uğur qazanacağını düşünürük” Rubio qeyde dib.

ABŞ dövlət katibi razılaşmanın sonrakı mərhələsində HAMAS-ın silahsızlaşdırılmasının əhəmiyyətini vurğulayıb.

Chosen
104
8
apa.az

9Sources