EN

Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak ödənişli olacaq

Bakı. Trend:

Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak ilk dəfəmüsabiqədə iştirak edənlər və bir sıra şəxslər istisna olmaqladigər şəxslər üçün ödənişli olacaq.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasındamüzakirə olunan "Ümumi təhsil haqqında" Qanunda dəyişiklik edilməsibarədə qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, dövlət ümumi təhsil müəssisələrinə müəllimlərinişə qəbulu və yerdəyişməsi müvafiq icra hakimiyyəti orqanınınmüəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müsabiqəyolu ilə həyata keçiriləcək.

Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak(ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər,ünvanlı dövlət sosial yardımı alan ailənin üzvləri, şəhid ailəsininüzvləri və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşəməliyyatlarında iştirak etdiyinə görə "Müharibə veteranı" adıalmış şəxslər istisna olmaqla) ödənişli olacaq.

Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak etmək üçünödənişin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyənetdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Layihədə bildirilib ki, "Ümumi təhsil haqqında" Qanuna əsasən,dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu vəyerdəyişməsi Elm və Təhsil Nazirliyinin Kollegiyasının qərarı ilə"Müəllimlərin işə qəbulu və yerdəyişməsi Qaydaları"na əsasəntənzimlənir. Həmin Qaydalara uyğun olaraq müəllimlərin işə qəbuluvə yerdəyişməsi müsabiqə yolu ilə həyata keçirilir.

Layihədə müəllimlərin işə qəbulunda iştirakçılarınməsuliyyətinin artırılması, dövlət büdcəsi vəsaitlərinə qənaətedilməsi və maliyyə yükünün müəyyən bir hissəsinin iştirakçılartərəfindən qarşılanması məqsədilə sözügedən müsabiqədə iştirakınödənişli olması təklif edilir.

Təqdim olunan dəyişikliklərə əsasən ödəniş ilk dəfə müsabiqədəiştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosialyardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri vəAzərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşəməliyyatlarında iştirak etdiyinə görə "Müharibə veteranı" adıalmış şəxslərə münasibətdə nəzərdə tutulmayıb.

Qeyd edilib ki, layihənin qəbul edilməsi dövlət büdcəsininqənaətlə istifadə edilməsinə və müsabiqə iştirakçılarınınməsuliyyətinin artırılmasına xidmət göstərəcək.

Qanun layihəsi səsverməyə qoyularaq birincioxunuşda qəbul edilib.

Chosen
60
23
az.trend.az

10Sources