Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası arasında təsdiq edilmiş birgə tədbirlər planı çərçivəsində Mühafizə alayının Qərargahında əməkdaşlar və həqiqi hərbi xidmət keçən əsgərlər üçün seminar-treninq keçirilib.Tədbirdə Komissiyanın İşçi qrupu tərəfindən narkomaniya, onun doğurduğu nəticələr, insan sağlamlığına və cəmiyyətə vurduğu ziyan, narkotik vasitələrin istifadəsi nəticəsində bir sıra xəstəliklərin yayılması yolları haqqında məlumat verilib, müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.Görüşdə həmçinin Respublika Narkoloji Mərkəzinin məsul əməkdaşları iştirak ediblər.


