EN

Bu yol bağlanır - Sürücülərin NƏZƏRİNƏ!

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq, oktyabrın 25-də saat 00:00-dan etibarən Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsində nəqliyyat vasitələrinin hərəkəti işlər tamamlanana qədər tam məhdudlaşdırılacaq.

Bu barədə Day.Az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, sürücülər təmir müddətində alternativ olaraq Müzəffər Nərimanov küçəsindən istifadə edə bilərlər.

Chosen
32
25
day.az

10Sources