EN

Pezeşkianın iclasında mübahisə: Cavab vermə, otur yerində...

ain.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İran Prezidenti Məsud Pezeşkianın Urmiyaya səfəri çərçivəsində Qərbi Azərbaycan əyalətinin bölgələrindən olan nümayəndələrlə keçirdiyi görüşdə mübahisə yaranıb.

Axar.az xəbər verir ki, bu haqda yerli media məlumat yayıb.

Bukan şəhərinin miliyyətcə kürd olan millət vəkili Qasım Süleymani onun bölgəsindən nümayəndələrin görüşə dəvət olunmadıqlarını iddia edib.

Qoşaçay (Miyandab) şəhərinin azərbaycanlı millət vəkili Firidun Faiziniya isə kürd millət vəkilini yalan danışmaqda ittiham edib:

"Sən yalan danışırsan, dağınıqlıq yaradır və başqa məqsədlərə qulluq edirsən. Başqa rayonların hər birindən yalnız 1 nəfər dəvət edildiyi halda, sənin təmsil etdiyin bölgədən 3 nəfər dəvət olunsa da, onlar görüşə gəlməyiblər",- Faiziniya bildirib.

Mübahisənin qızışdığını görən Məsud Pezeşkian Firidun Faiziyə azərbaycanca "cavab vermə, yerində otur", deyə əsəbiləşib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
68
axar.az

1Sources