EN

Azərbaycan-Qırğızıstan İnkişaf Fonduna daxil olmuş dörd investisiya ərizəsi ilkin olaraq təsdiqlənib - Nazir

Bakı. Trend:

Azərbaycan-Qırğızıstan İnkişaf Fonduna daxil olmuş dördinvestisiya ərizəsinə artıq baxılıb və onlar ilkin olaraq təsdiqcavabı alıblar.

Bunu Trend-əQırğızıstanın İqtisadiyyat və Kommersiya naziri Bakıt SıdıkovBakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) üzvdövlətlərinin sənaye, elm, texnologiya və innovasiyalarnazirlərinin II iclası çərçivəsində bildirib.

“İkili fondlara gəlincə, onlardan biri artıq fəaliyyət göstərirvə hazırda dinamik şəkildə işini davam etdirir – bu,Azərbaycan-Qırğız İnkişaf Fondudur (AQİF). Dörd investisiyamüraciətinə artıq baxılıb və ilkin təsdiqini alıb”, – deyə obildirib.

Nazirin sözlərinə görə, hazırda fondun kapitalının 100 milyondollara qədər artırılması istiqamətində iş aparılır. Hazırdakapital 25 milyon dollar təşkil edir.

Sıdıkov qeyd edib ki, yaxın zamanda Türk İnvestisiya Fondununiclasının da Bişkekdə keçirilməsi planlaşdırılır.

“Mən fürsətdən istifadə edib iş adamlarımıza, Azərbaycan-Qırğızbirgə müəssisələrinə və azərbaycanlı investorlara müraciət etməkistəyirəm: bu iki fonda, xüsusilə də Azərbaycan-Qırğız İnkişafFonduna diqqət yetirin. Əgər siz Qırğızıstan, Azərbaycan və yaüçüncü bir ölkə ərazisində investisiya layihəsi həyata keçirməyiplanlaşdırırsınızsa, AQİF həmin layihənin maliyyələşdirilməsiməsələsinə baxacaq”,- Sıdıkov əlavə edib.

Chosen
27
az.trend.az

1Sources