EN

Rəşad Sadıqov "Sumqayıt"la matçda neçə futbolçunun xidmətindən məhrumdur? - AÇIQLANDI

Misli Premyer Liqasının 9-cu turunda "Sumqayıt"ı qəbul edəcək "Zirə" oyuna itkilərlə çıxacaq.

Bunu Fanat.Az-a açıqlamasında "qartallar"ın sözçüsü Elmar Abdullazadə deyib:

"Cəzalı oyunçu yoxdur. Uzun müddətə sıradan çıxan Abdul Aziz Batibiyenin olmayacağı öncədən bəllidirsə, İssa Cibrila və Davit Volkov zədə səbəbindən "Sumqayıt"a qarşı oynamayacaqlar. Ceyhun Nuriyevlə İsmayıl İbrahimlinin də durumu qeyri-müəyyəndir. Onların meydana çıxıb-çıxmayacaqları oyun saatına qədər bəlli olacaq".

Qeyd edək ki, "Zirə" - "Sumqayıt" qarşılaşması sabah keçiriləcək. Matçın start fiti 18:30-da səsləndiriləcək.

Nihat

Chosen
39
1
fanat.az

2Sources