EN

Mirzoyan Azərbaycana görə erməni qadınlara səsləndi

“Ermənistanla Azərbaycan arasında sülh əldə olunub, lakin hökumətlərarası razılaşmalardan əlavə, cəmiyyətlərarası barışığa da ehtiyac var”. 

KONKRET.az globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Sülh və təhlükəsizlik naminə feminist xarici siyasət” adlı panel müzakirəsində deyib.

Mirzoyan erməni qadınlara müraciət edərək sülh prosesində onların da üzərinə məsuliyyət düşdüyünü bildirib:

“Biz qadınların münaqişələr zamanı çəkdikləri əzabları başa düşür və onların hislərinə hörmətlə yanaşırıq. Cəmiyyətlərarası barışıq prosesində də qadınların rolunu gözardı etmək olmaz. Bu, ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb edir. Gələcək iztirabların qarşısını almaq üçün sülh prosesinin inkişaf etdirilməsi məsuliyyətini götürmək lazımdır”.

Chosen
9
1
konkret.az

2Sources