BAKI, 24 oktyabr. TELEQRAF
Qazaxıstanın Türküstan vilayətində məhkum müalicə aldığı xəstəxanadan qaçıb.
Teleqraf xəbər verir ki, hadisə oktyabrın 23-də baş verib.
Türküstan Vilayət Polis İdarəsindən verilən məlumata görə, hazırda qaçan məhkumun yerinin müəyyən edilməsi və tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Bütün polis əməkdaşları əməliyyat-axtarış tədbirlərinə səfərbər olunub. Nəzarət məntəqələri yaradılıb və zəruri təxirəsalınmaz tədbirlər görülür. Hadisə ilə bağlı xidməti araşdırmalara başlanılıb və onun nəticələrinə əsasən bütün təqsirkarlara qarşı sərt tədbirlər görüləcək.
 
                        