EN

"Barcelona" "El-Klassiko"ya itki ilə çıxacaq

Bakı. Trend:

"Barselona" La Liqanın 10-cu turunda "Real"la matça itki iləçıxacaq.

Trend xəbərverir ki, Kataloniya təmsilçisinin zədəsini yeni sağaldan oyunçusuRafinyanın "El-Klassiko"nu buraxacağı dəqiqləşib.

O, komandanın bugünkü məşqində də iştirak etməyib. 28 yaşlıhücumçu məşq başlamamış toplanışı tərk edib.

Bundan əlavə, "Barselona"nın fransalı müdafiəçisi Jül Koundeardıcıl ikinci gündür ki, idman zalında fərdi məşq edir. Onunqarşıdakı matçda iştirakı şübhə altındadır.

Qeyd edək ki, “Barselona” 26 oktyabrda “Real”ın qonağıolacaq.

Chosen
38
2
az.trend.az

3Sources